Afrika Millətlər Kubokunda növbəti 1/4 finalçılar məlum olub.
Offsideplus.az xəbər verir ki, Misir - Benin qarşılaşmasında qalib 90 dəqiqə ərzində müəyyənləşməyib - 1:1.
Əlavə olunmuş 30 dəqiqədə isə Misir 2 cavabsız qol vurub. Görüşdə son nöqtəni Məhəmməd Salah qoyub.
Beləliklə, onlar 1/4 finala adlayıb.
"Neftçi"nin futbolçusu Sassi Dalmeyda üçün turnir başa çatıb. O, bu görüşdə 77 dəqiqə meydanda olub.
Digər oyunda isə Nigeriya çətinlik çəkmədən qələbə qazanıb.
Onlar Mozambiki 4:0 hesabı ilə məğlub edib. Viktor Osimhen bu matçda dubla imza atıb.
"Zirə"nin futbolçusu, eyni zamanda Mozambik yığmasının da üzvü olan Quima üçün turnir yekunlaşıb. O, bir oyundan başqa qalan bütün matçlarda 90 dəqiqə meydanda olub.



