"Neftçi" qış təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirəcək.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" burada 3 yoxlama oyunu keçirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə qarşılaşacaq.

Təlim məşq toplanışı yanvarın 4-də başlayıb, 17-də başa çatacaq.