Afrika Millətlər Kubokunda qrup mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Zirə"nin futbolçusu Quimanın da çıxış etdiyi Mozambik yığması son turda Kameruna 1:2 hesabı ilə məğlub olub.

İlk iki oyunda 90 dəqiqə meydanda olan Quima bu görüşdə vaxt almayıb.

Mozambik bu məğlubiyyətə baxmayaraq qrupunu 3-cü yerdə bitirib və növbəti mərhələyə yüksəlib.

Onların 1/8 finaldakı rəqibi Nigeriya milli komandası olacaq.