Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi PSJ klubuna təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Əşrəf Hakimini milli komandaya tez göndərdikləri üçün Paris təmsilçisinə təşəkkür edib:
“PSJ klubuna təşəkkürümü bildirmək istəyirəm. Hakimi bu gün geri dönübsə, bu, onların sayəsindədir.
Dünyada elə bir klub yoxdur ki, Afrika Millətlər Klubuna 15 gün qalmış Hakimini bizə buraxsın.
Nasser Əl-Xelayfi əsl centlmendir".
Qeyd edək ki, AMK dekabrın 21-də start götürüb. Turnirin ev sahibi Mərakeşdir.



