PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakiminin keçmiş həyat yoldaşı Hiba Abukun boşanma qərarından peşman olduğu iddia olunur.

Offsideplus.az xəbər verir ki, aktrisa dostlarının təsiri ilə emosional qərar verdiyini etiraf edib və Hakimiyə geri dönmək istədiyini bildirib. Lakin bu iddialar tərəflər tərəfindən hələ ki rəsmi təsdiqini tapmayıb.

Əsas müzakirə olunan məqam isə bu üzr istəyin Hakiminin PSJ ilə yeni müqavilə imzalamasından dərhal sonra gündəmə gəlməsidir.

Bildirilir ki, yeni müqaviləyə əsasən futbolçunun mövsümlük maaşı 10 milyon funt-sterlinqdən 28 milyon funt-sterlinə yüksəlib.

Qeyd olunur ki, əvvəlki kimi Hakiminin qazancı anasının hesabına köçürülür.