"Milan" klubu "Liverpul"un qapıçısı Alisson Bekkerlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "rossoneri" vaxt itirmədən braziliyalı qapıçı ilə danışıqlara başlamaq istəyir.

Bu barədə insayder Saşa Tovalyeri məlumat yayıb.

"Milan" sürətli şəkildə bu transferi bitirməyi planlaşdırır.

Onun "Liverpul"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Mersisayd təmsilçisi sözləşməsinin başa çatmağına 1 il qaldığı üçün gələn yay təcrübəli qolkiperin getməyinə icazə verə bilər.