"Barselona"nın futbolçusu Ferran Torreslə "Nyukasl" klubu yaxından maraqlanır.
Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 25 yaşlı hücumçu üçün 75 milyon avro ödəməyə hazırdır.
Bu barədə "Fichajes" portalı məlumat yayıb.
F. Torres 2022-ci ilin yanvarından katalon klubunda çıxış edir. O, burada 175 oyunda 53 qol vurmağı bacarıb.
İspaniyalı futbolçunun "blauqrana" ilə 2026/27 mövsümünün sonuna qədər müqaviləsi var.



