Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsində qrupunu 2-ci yerdə bitirib.

Offsideplus.az xəbər verir ki, "ay-ulduzlular" mundiala qatılmaq üçün gələn ilin martında 2 oyunda qələbə qazanmalıdılar.

Orada Avropa zonasından 16 komanda iştirak edəcək. 

Seçmə mərhələdə öz qrupunu 2-ci yerdə bitirən 12 komanda və Millətlər Liqasından 4 komanda DÇ-na son biletləri qazanmağa çalışacaq.

Yekunda 4 komanda vəsiqə qazanacaq.

Türkiyənin ilk oyundakı rəqibi 4-cü səbətdəkı yığmalardan biri olacaq. Vinçentso Montellanın komandası bu oyunu öz evində keçirəcək.

Bu oyunda qalib gəlsələr, daha bir oyun oynamalıdılar. 

Püşkatma mərasimi noyabrın 20-də olacaq.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2002-ci ildə Dünya çempionatına qatılıb.

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka.

2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya.

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina.

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya.

İlk turda 1 və 4-cü, 2 və 3-cü səbətlər bir-birilə qarşılaşacaq.