Albaniya ilə oyunda dubl edən Harri Keyn İngiltərə yığmasında vurduğu qolların sayını 78-ə çatdırıb.
Offsideplus.az xəbər verir ki, bununla da o, milli komandada ən çox fərqlənənlərin siyahısında əfsanəvi Peleni geridə qoyub.
Keyn hazırda bombardirlərin sıralamasında 12-ci yerdədir.
Onun önündə başqa bir braziliyalı 79 qollu Neymar var.
Qeyd edək ki, bu siyahıya 143 qolla Kriştiano Ronaldo başçılıq edir.



