"Qarabağ"ın futbolçusu Marko Yankoviç Xorvatiya yığmasına qarşı oynayıb.
Offsideplus.az xəbər verir ki, Monteneqro yığmasının üzvü görüşə əsas heyətdə başlayıb və sona qədər meydanda qalıb.
Görüş Xorvatiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Monteneqro L qrupu 9 xalla 4-cü yerdə bitirib. Qrupu lider bitirən xorvatlar birbaşa Dünya çempionatına vəsiqə qazanıb.



