Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hakim Slovakiya U21 - İngiltərə U21 oyununu idarə edəcək.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matç noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək.
D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.



