Prezident İlham Əliyev futbol üzrə U-20 dünya çempionatının Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, ölkə başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib:
"İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".
Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə baş tutacaq.



