AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Gürcüstan – İspaniya oyununun FIFA komissarı olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək görüş noyabrın 15-də baş tutacaq. 

E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.