Bu mövsüm Premyer Liqaya yüksələn "Sanderlend" klubu "Barselona"nın futbolçusu Fermin Lopeslə maraqlanır.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Sanderlend" hazırda 19 xalla Premyer Liqada 4-cü yerdədir. Onlar növbəti mövsüm avrokuboklara yollanmaq istəyir, buna görə də iddialı bir heyət qurmağı planlaşdırırlar.
F. Lopes də əsas hədəflərdən biridir.
O, bu sezon 11 oyunda 6 qol vurmağı bacarıb.



