"Volfsburq" klubu baş məşqçi postuna Tomas Raysı gətirmək istəyir.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi ötən günlərdə Paul Simonisin vəzifəsinə son verib.
Raysın "Samsunspor"la gələn ilin yayına qədər müqaviləsi var. Onun sözləşməsində 200 min avroluq sərbəstqalma bəndi var.
Bu barədə almaniyalı jurnalist Florian Plattenberq məlumat yayıb.
52 yaşlı mütəxəssis 2024-cü ildən "Samsunspor"u çalışdırır. Onun komandası 3 turdan sonra Konfrans Liqasında liderdir.



