"Barselona üçün çox darıxırıq".

Offsideplus.az xəbər verir ki, bunu katalon klubunun sabiq ulduzu Lionel Messi deyib.

"Həyat yoldaşım və uşaqlarımla həmişə Barselona haqqında danışırıq. Orada yenidən yaşamaqdan söhbət edirik. Orada evimiz var. "Nou Kamp" tamamlandıqdan sonra mütləq görməyə gedəcəyəm".

O, 2021-ci ildəki ayrılığı da xatırlayıb:

"Barselona"dan ayrılandan sonra qəribə hiss edirdim. Proses qəribə idi və son ilimi pandemiyaya görə azarkeşsiz oynamalı oldum. Həyatımın böyük hissəsi orda keçib. İstədiyim kimi ayrıla bilmədim".

Messi gələcəyi barədə isə bunları söyləyib:

"Fiziki olaraq yaxşı hiss etdiyim müddətcə oynamağa davam edəcəyəm. Mübarizə aparmağa, qələbə üçün oynamağa və hər zaman hər şeyimi meydanda qoymağa"..