“Kayzerslautern” klubu “Herta” ilə görüşdə zədələnən Mahir Emreli barədə məlumat yayıb.

Offsideplus.az xəbər verir ki, tibbi müayinələrdən sonra məlum olub ki, Azərbaycan yığmasının hücumçusu bu il bir daha meydana çıxa bilməyəcək.

Qeyd edək ki, M. Emreli 10 oyundan sonra “Kayzerslautern” forması ilə meydana çıxmışdı. Oyuna sonradan daxil olan 28 yaşlı hücumçu zədələnərək meydanı erkən tərk etməli olub.