"Qalatasaray"ın futbolçusu Yunus Akgün əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Y. Akgünün meydanlardan nə qədər uzaq qalacağı daha sonra məlum olacaq.

O, cari mövsüm 13 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.