"Barselona"nın ulduzu "Qızıl Top" mükafatını almamasına münasibət bildirdi.

Offsideplus.az
xəbər verir ki, söhbət Rafinyadan gedir. O, Qızıl top mükafatı ilə bağlı açıqlama verib. Ulduz oyunçu mükafatı qazana bilmədiyi üçün məyus olduğunu, lakin bu vəziyyətin ona vacib həyat dərsləri verdiyini bildirib. Rafinya deyib: “Bəli, Qızıl topu qazanmaqla bağlı böyük gözləntilərim var idi və bəli, məyus oldum. Amma eyni zamanda bu, mənə təvazökarlıq və baxış bucağı qazandırdı.”

Braziliyalı futbolçu fərdi mükafatların önəmli olduğunu, lakin futbolun komanda oyunu olduğunu vurğulayıb: “Qızıl top fərdi mükafatdır, amma futbol komanda oyunudur. Barselona və Braziliya ilə qazandıqlarımı düşündükdə, məyus olmaq əvəzinə minnətdar olmalı olduğumu anlayıram.”

Rafinya gələcəkdə yenidən bu mübarizədə iştirak etməyi hədəflədiyini də əlavə edib: “Bu məni daha çox çalışmağa, inkişaf etməyə motivasiya edir. Ümid edirəm ki, gələcəkdə yenidən zirvə uğrunda mübarizə aparmaq şansım olacaq.”

Qeyd edək ki, Rafinya bu mövsüm Barselona forması ilə La Liqada və Çempionlar Liqasında əsas heyətin vacib üzvlərindən biri kimi çıxış edir.