2025-ci ildə ən çox qol vuran futbolçular məlum olub.

Offsideplus.az xəbər verir ki, zirvədə "Real Madrid"in hücumçusu Kilian Mbappe var. O, indiyə qədər 51 qol vurub.

İkinci yerdə Harri Keyn yer alıb. İngilis hücumçu Mbappedən cəmi 1 qol az vurub - 50.

İlk üçlüyü Erlinq Haaland qapayır. Onun aktivində 43 qol var.

Qeyd edək ki, onların həm öz klubları, həm də milli komandada vurduğu qolları nəzərə alınıb.