"Komo"nun futbolçusu Niko Pas son vaxtlardakı performansı ilə bir çox klubun diqqətini çəkib.
Offsideplus.az xəbər verir ki, argentinalı pleymeykerlə maraqlanan komandalar sırasına "İnter" də qoşulub.
Bu barədə "La Gazzetta" məlumat yayıb.
"Real Madrid" gənc futbolçunu 2026-cı ilin yayında 9 milyon avroya heyətinə cəlb edə bilər.
N. Pas barədə yekun qərarı "kral klubu" verəcək.
O, cari mövsüm A Seriyasında 7 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.



