Azərbaycan yığmasının hücumçusu Mahir Emreli yenə "Kayzerslautern"in iştirak ərizəsinə daxil edilməyib.

Offsideplus.az xəbər verir ki, o, ardıcıl 6-cı oyundur heyətə salınmır.

M. Emreli Almaniya qayıdandan sonra bu barədə klub prezidenti və idman direktoru ilə söhbət edəcəyini desə də, görünür bunun çox da xeyri olmayıb.

"Kayzerslautern"  Bundesliqada 2-də 8 turdan sonra 15 xal yığmağı bacarıb.

Onlar hazırda davam edən görüşdə səfərdə "Karlsrue" ilə qarşılaşır.