Türkiyə yığması DÇ-2026-nın seçmə mərhələsində səfərdə Bolqarıstanı 6:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu görüş Vinçentso Montellanın "ay-ulduzlular"ın baş məşqçisi kimi 14-cü qələbəsi olub.
O, Coşkun Özarını geridə qoyaraq Türkiyə milli komandasının tarixində ən çox qələbə qazanan 3-cü mütəxəssis olub.
Montella 2023-cü ilin sentyabrından bu vəzifəni icra edir. Yığma onun dövründə Avropa çempionatında 1/4 finala yüksəlməyi bacarıb.
Qeyd edək ki, Türkiyə yığması ilə ən çox qələbə qazanan baş məşqçi isə Fatih Terimdir - 70. Şenol Güneş 38 qalibiyyətlə 2-ci sıradadır.



