Cənubi Koreya millisinin müdafiəçisi Çan Xyun Çu hərbi xidmətdən yayındığına görə komandadan qovulub.
Offsideplus.az xəbər verir ki, əsgərlikdə olması barədə saxta sənədlər hazırlayan futbolçu bir daha millinin formasını geyinə bilməz. Həmçinin cərimə ödəməli olacaq.
Cənubi Koreya qanunlarına görə, 18- 35 yaşlı kişilər mütləq 21və ya 24 ay orduda xidmət etməlidir. Futbolçular üçün bəzi güzəştlər nəzərdə tutulub. Onlar 28 yaşına kimi orduya çağırılır. Olimpiadalarda və Asiya oyunlarında medal qazanan futbolçular orduda xidmət keçmir. Medalçılar yalnız 4 həftə davam edən hərbi toplantılarda iştirak edir.
Millidən qovulan müdafiəçi 2018-ci ilin dünya çempionatında 3 oyunda meydana çıxıb.