Xəbər verdiyimiz kimi "Benfika" klubu baş məşqçisi Brunu Laji ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, onu əvəzləməyə əsas namizəd Joze Mourinyodur. Lissabon təmsilçisi təcrübəli mütəxəssislə danışıqlar aparır və gedişat müsbət görünür.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Mourinyo ötən ay "Benfika"ya məğlub olduqdan sonra "Fənərbağça"dakı işini itirmişdi. 

O, 2004-cü ildə "Portu"dan ayrıldıqdan sonra öz vətənində çalışmayıb.