Fransa yığmasının üzvü Randal Kolo Muaninin "Yuventus"a keçidi baş tutmayıb.

Offsideplus.az xəbər verir ki, PSJ və "qoca sinyora" danışıqları dayandırıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Fransalı hücumçu bu ilin yanvarında icarə əsasında "Yuventus"a qoşulmuşdu.

O, burada 22 oyuna 10 qol vurmağı bacarıb.

Qeyd edək ki, Avropada bu axşam transfer pəncərəsi bağlanır.