Misli Premyer Liqasının 3-cü turunda bu gün "Sumqayıt" - "Şamaxı" oyunu keçiriləcək.
Sözügedən görüşə artıq 2000 bilet satılıb.
Bu barədə Offsideplus.az saytına “Sumqayıt” klubunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matç 18:30-da start götürəcək.


