""Barselona" klubunun idman direktoru Deku "Liverpul"un müdafiəçisi İbrahima Konate ilə danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu gələn yay onu azad agent kimi heyətinə cəlb etmək istəyir. Fransalı futbolçu da bu keçidə müsbət yanaşır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Konatenin "Liverpul"la müqaviləsi cari mövsümün sonunda başa çatır. Onunla "Real Madrid" də yaxından maraqlanır.

Mersisayd təmsilçisi də onu komandada saxlamaq üçün əlindən gələni edəcək. Lakin onun iki İspaniya məhəngindən birinə keçəcəyi gözlənilir.

Hazırda "Barselona" bir addım öndədir.