UEFA Superkubokunun növbəti sahibi bu gün məlum olacaq.
Offsideplus.az xəbər verir ki, kubok uğrunda Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının çempionu "Tottenhem" üz-üzə gələcək.
Hər iki komanda daha öncə bu kuboku qazanmayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike gündəmdəki əsas mövzulardan biri olan Canluici Donnarummanı bu matç üçün heyətə daxil etməyib.
Bu görüş "Tottenhem"in baş məşqçisi Tomas Frankın London klubunda debüt oyunudur.
Onu da qeyd edək ki, qarşılaşmanın 4-cü hakimi azərbaycanlı Elçin Məsiyev olacaq.
13 avqust
UEFA Superkuboku
23:00 PSJ - "Tottenhem"
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya), Elçin Məsiyev (Azərbaycan).
İtaliya. "Friuli" stadionu.



