" Mançester Yunayted" klubu "Bayern Münhen"in müdafiəçisi Dayo Upamekano ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçunun meneceri onu "qırmızı şeytanlar" da daxil olmaqla Premyer Liqa klublarına önərib.

Upamekanonun Münhen təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır. Almaniya nəhəngi onunla sözləşmə uzatmaq istəsə də, danışıqlar irəliləmə qeydə alınmayıb.

"Bayern Münhen" Leroy Sanedə yaşadığı problemi onda yaşamaq istəmir.

"Mançester Yunayted" Upamekano ilə yanaşı Mark Qehini də ("Kristal Pelas") yaxından izləyir.

Münhen klubu yeni mövsümdə müdafiəni mərkəzində Conatan Ta və fransalı oynatmağı düşünürdü. "Mankunianlar"ın marağı onların planını poza bilər.