Əlcəzairli futbolçu Jauen Acam "Spartak"ın təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı cinah müdafiəçisi beş böyük liqada oynamaq istədiyi üçün Moskva klubuna "yox" deyib.
Bu barədə "Le Parisien" məlumat yayıb.
Acam 2024-cü ilin yanvarından "Yanq Boyz"da çıxış edir. O, burada 65 oyuna çıxıb və 4 qol vurub.



