Klubların dünya reytinqində yeni sıralama açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə "Qarabağ" 3 pillə geriləyərək 134-cü yerdə qərarlaşıb. Ağdam təmsilçisinin aktivində 137.25 xal var.
"Araz-Naxçıvan" və "Sabah" isə irəliləyib. Naxçıvan təmsilçisi (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, “bayquşlar” isə (86 xal) 49 sıra artıraraq 264-cü olub.
"Zirə" isə geriləyib. Onlar (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.
501 klubun yer aldığı siyahıya "Real Madrid" başçılıq edir. "Kral klubu" 520 xala malikdir.



