Joan Qamper kuboku bu il avqustun 10-da oynanılacaq.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın bu dəfəki rəqibi "Komo" olacaq. İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas doğma şəhərinə qayıdacaq.
Qeyd edək ki, Fabreqas 6 il "Barselona" akademiyasında, 3 il isə əsas komandada çıxış edib.
Əlavə edək ki, Joan Qamper katalon klubunun yaradıcısıdır. Turnir 1966-cı ildən bəri keçirilir. Bu il turnir 60-cı dəfə keçiriləcək.
"Blauqrana" bu kuboku 46 dəfə qazanıb.
Turnirin son qalibi "Monako" olub.



