Misli Premyer Liqasında çıxış edən “Şamaxı” növbəti transferini reallaşdırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şamaxının eyniadlı komandası isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 

31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 Qeyd edək ki, Rossi sonuncu dəfə İsveçrənin “Şaffhauzen” klubunda forma geyinib.