Cennaro Qattuzo "Hayduk Split"dəki vəzifəsindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis öz istəyi ilə bu qərarı verib. Tərəflər qarşılıqlı razılaşaraq müqaviləyə xitam verib.
Bu barədə klub rəsmi saytından məlumat verib.
Qattuzo ötən ilin yayından Split klubunu çalışdırırdı. Onun komandası Xorvatiya çempionatında mövsümü 63 xalla 3-cü yerdə başa vurub. Onlar çempion "Riyeka"dan cəmi 2 xal geri qalıb.