FIFA Braziliya Futbol Konfederasiyası (BFK) Karlo Ançelottinin Braziliya yığmasına baş məşqçi təyin olunun zaman bəzi qaydaları pozduğunu aşkarlayıb.
Offsideplus.az xəbər verir ki, beynəlxalq futbol qurumu futbol agentləri ilə bağlı qaydaların mümkün pozulmasına görə araşdırma aparılmasının zəruriliyi barədə xəbərdarlıq edib.
Diqqət mərkəzində isə fərdi lisenziyası olmadan futbol agenti xidmətləri göstərən və 1,2 milyon dollar komisyon aldığı iddia edilən Dieqo Fernandes var.
Bu barədə "GeGlobo" məlumat yayıb.
BFK bu barədə açıqlama verərək vəziyyətə daxili baxış keçirildiyini bildirib. Onlar bu müqavilənin əvvəlki rəhbərlik tərəfindən hazırlandığını da deyib.
Qeyd edək ki, Ançelotti mayın 26-da etibarən Braziliya milli komandasına başçılıq edir.