Bir neçə gündən sonra Madrid "Real"ından ayrılacaq baş məşqçi Karlo Ançelottinin oğlu Davide özünə yeni iş tapıb.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun məşqçilər korpusunda yer alan 35 yaşlı çalışdırıcı mayın sonunda atası ilə birgə Madridi tərk edəcək.

O, iyunda Braziliya yığmasının baş məşqçisi postunda debüt edəcək Karlo Ançelottiyə 2 matçda yardım göstərəcək.

Daha sonra Davide Şotlandiyanın "Reyncers" klubunun baş məşqçisi təyin olunacaq. Diario AS nəşrinin məlumatına görə, tərəflər əməkdaşlığı rəsmiləşdirməyin bir addımlığındadırlar.

"Reyncers" hazırda Şotlandiya çempionatında qızıl medalları vaxtından qabaq təmin etmiş "Seltik"dən 17 xal geri qalaraq 2-ci yeri tutur.

Onu da əlavə edək ki, Davide "Real"da 2021-ci ildən bəri atası ilə çalışır.