Karlo Ançelotti 26 may tarixindən etibarən Braziliya yığmasının yeni baş məşqçisi olacaq.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın 38-ci turundakı "Real Sosyedad" ilə matçdan sonra "Real"dan ayrılacaq və "pentakampeonlar"dakı işinə başlayacaq.

O, Braziliya Futbol Konfederasiyası ilə bütün məsələlərdə razılığa gəlib.

Bu barədə "The Athletic" məlumat yayıb.

65 yaşlı mütəxəssis karyerasında ilk dəfə milli komanda çalışdıracaq.