Bosniya və Hersoqovina yığması milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, ABŞ-da təlim-məşq toplanışında olan bosniyalılar bu ölkənin millisi ilə yoxlama matçında üz-üzə bəlib. Prosineçki bu görüşdə “Qarabağ”ın qapıçısı İbrahim Şehiçə start heyətdə şans verib. O, qolsuz başa çatan oyunda sona qədər meydanda olub.