15 yaşadək futbolçulardan ibarət "Qarabağ" komandası Türkiyənin Antalya şəhərində təşkil olunan "Junior World Cup" turnirində növbəti oyunlarını keçirib.

Offsideplus.az xəbər verir ki, A qrupunda 9-luq uğrunda mübarizə aparan həmyerlilərimiz birinci matçda İspaniyanın məşhur "Rayo Valyekano" klubundan olan həmyaşıdları ilə qüvvələrini sınayıblar. Matç 1:1 hesabı ilə nəticələnib.

Rauf Əliyevin rəhbərlik etdiyi kollektiv daha sonra "Göztepe" komandasını darmadağın edib - 6:1.

Sabah "Qarabağ" İndoneziyanın Papua Futbol Akademiyası ilə qarşılaşacaq.