Lionel Messinin çıxış etdiyi “İnter Mayami”, Konakaf Çempionlar Kubokunun 1/16 final mərhələsində “Sportinq Kansas City” ilə qarşılaşdı.

Offsideplus.az xəbər verir ki, argentinalının komandası 3-1 hesabı ilə qalib gəldi.

Matçda Messi, Tadeo Allende və Luis Suarez komandasının qollarını vuraraq, “İnter Mayami”nin 1/8 finala yüksəlməsinə kömək etdilər. Messi ilk hissədə uzaqdan möhtəşəm zərbə ilə fərqlənərək hesabı komandasının xeyrinə dəyişdi.

Bu qələbə ilə “İnter Mayami” növbəti mərhələdə Yamaykanın “Cavalier” komandası ilə qarşılaşacaq.

Matçda vurulan qolları təqdim edirik: