UEFA Avropa Liqasında "Fənərbağça"ya rəqib olan "Reyncers"in yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Barri Ferqyuson gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Şotlandiyalı çalışdırıcı futbolçu karyerasına "Reyncers"də başlamışdı.