Barcelona-nın yarımmüdafiəçisi Arturo Vidalın bu gün məhkəməsi olacaq.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu bir nəfəri döydüyü üçün hakim qarşısına çıxacaq. Hadisə keçən il baş verib. Vidal Bayern Munich-də çıxış edərkən Münhenin gecə klublarının birində kütləvi davada iştirak edib. Futbolçu bir nəfərin başına butulka çırpıb. Çilili bu hərəkətinə görə zərər çəkəndən üzr istəməyib. Həmin şəxs məhkəmədə şahid qismində ifadə verəcək.
Xatırladaq ki, Vidal bu ilin yayında Barcelona-ya keçib. Kataloniya klubunda 6 oyunda meydana çıxıb.