Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.
Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun: "Bayer 04" - "Bavariya
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,46
"Almaniya Bundesliqasında 22-ci turun mərkəzi matçında “Bayer Leverkuzen” və “Bayern” üz-üzə gələcək. Liderlə ən yaxın izləyicisinin matçında münhenliləri bərabərlik də qane edəcək. Leverkuzen şəhərti təmsilçisi isə çempionluq ümidlərinin sönməməsi üçün yalnız qələbə arzusundadır. İki formada komandanın duelində hər iki tərəfin qol vuracağını düşünürəm".
2. Ekspert - Fərid Ramazanov
Oyun: "Mançester Siti" - "Nyukasl Yunayted"
Təxmin - Oyun Nəticəsi 1X2 - "Mançester Siti" - Əmsal 1,86
"İngiltərə Premyer Liqasında 25-ci turun əsas diqqət çəkən qarşılaşmalarından biri "Etihad Stadium"da qonşu pillələri bölüşən "Mançester Siti" və "Nyukasl Yunayted" klubları arasında keçiriləcək. "Mançester Siti" olduqca çətin dönəm keçirir. Pep Qvardiolanın komandası ardıcıl qələbələrdən sonra ötən turda prinsipial görüşdə London səfərində "Arsenal"a 1-5 hesabı ilə uduzdu. Həftə içi UEFA Çempionlar Liqasında öz meydanında "Real Madrid"ə 2-3 hesabı ilə yenilən "Mançester Siti" Premyer Liqada 41 xalla 5-cidir. "Nyukasl Yunayted" isə son zamanlar yalnız xoş sözlərə layiq olsa da, Premyer Liqada son 3 oyunda 2 dəfə uduzub. Ötən turda öz meydanında "Fulhem"ə 1-2 hesabı ilə gözlənilməz şəkildə məğlub olan "Nyukasl Yunayted" əvəzində "EFL Cup" turnirində finala vəsiqə qazanıb, "FA Cup"da isə ötən həftə "Birminqem Siti"ni üstələməklə 1/8 finala yüksəlib. Eddi Haunun komandası 41 xalla çempionatda 6-cıdır. Bu dueldə meydan amilini nəzərə alaraq "Mançester Siti"nin qalib gəlməsini ehtimal edirəm".
3. Eskpert - Tural Dadaşov
Oyun: "Beşiktaş" - "Trabzonspor"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli- Əmsal 1,48
"Türkiyə Superliqasının 24-cü turunda "Beşiktaş" və "Trabzonspor" üz-üzə gəlir. İstanbul klubu 35 xalla 6-cı sıradadır. Trabzonlular isə 29 xalla 9-cu pillədə yer alır. "Beşiktaş"ın bütün yarışlarda son 10 oyunda 5 qələbə və 1 məğlubiyyəti var. Son 6 rəsmi oyunda uduzmayan "Trabzonspor" isə bu sıradakı 4 matçda qalib gəlib. Bu klublar arasında sentyabrda keçirilən ilk dövrə oyununda 1-1 hesablı heç-heçə qeydə alınıb. May ayında Türkiyə Kubokunun finalında "Beşiktaş" 3-2 hesablı qələbə ilə titula sahib çıxıb. Son görüşlərdə olduğu kimi bu qarşılaşmada da hər iki komandanın qol vuracağını təxmin edirəm".
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...