"Əl-Hilal"ın baş məşqçisi Jorje Jesus "Kanal 11"ə müsahibəsi zamanı Mohamed Salah haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis misirli ulduzu kollektivinin arasında görmək istədiyini və Salahın onun komandasına uyğun oyun tərzinin olduğunu bildirib.

Qeyd edək ki, 32 yaşlı hücumçunun "Liverpul" ilə müqaviləsi mövsümün sonu başa çatacaq.