AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, tədbir yanvarın 21-i baş tutacaq.

İclasda inkişaf strategiyasının təsdiq edilib-edilməməsi, legioner limitinin ləğv olunub-olunmaması, Premyer Liqanın, I Liqanın, II Liqanın iştirakçı sayının növbəti mövsüm artırılıb-artırılmaması müzakirə olunacaq.

Tədbirin media nümayəndələri üçün açıq olub-olmaması bəlli deyil.