Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi.

Offsideplus.az xəbər verir ki, "komanda.az" saytı tərəfindən jurnalistlər arasında baş tutan ənənəvi sorğuda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səslərin böyük hissəsini toplamaqla qalib olub. 

64 jurnalistin iştirak etdiyi sorğuda 47 səs Qurbanova verilib. Nəticədə təcrübəli mütəxəssis ardıcıl 14-cü dəfə bu nominasiyanın sahibi olub.

Qeyd edək ki, jurnalistlərin 8-i "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqova, 7-si "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevə, 2-si isə "Turan Tovuz"un "sükanı arxası"nda olan Kurban Berdiyevə səs verib.