Belçika millisinin forvardı Romelu Lukaku DÇ-2022-də uğursuzluq yaşadıqdan sonra başına gələn hadisələrdən bəhs edib.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:
"Deyərdim ki, 29 ildə ilk dəfə idi ki, futbol mənə ağır təsir göstərirdi. Həftələrlə hər gün, hətta tətildə ağlayırdım".
Qeyd edək ki, transfermarkt" internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.