"Bayern' idarə heyətinin sədri Karl-Haynts Rummenigge Çempionlar Liqasının yeni tərtibatı haqda mətbuata maraqlı açıqlama verib.
Offsideplus.az "Sport Deutschland"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
"Əvvəlki qrup mərhələsi darıxdırıcı idi, ona görə ki, hər şeyə 4-cü turdan sonra aydınlıq gəlirdi. İndi isə çox yaxşı komandalar da növbəti mərhələyə çıxmaqda çətinlik çəkəcəklər. Düşünürəm ki, zaman keçdikcə azarkeşlər yeni tərtibatı yüksək qiymətləndirəcəklər"
Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən Çempionlar Liqasında 36 komanda 8 qrupa bölünərək mübarizə aparır.