Almaniya millisinin baş məşqçisi Yoahim Löv Məsut Özilin onunla görüşmək istəməməsinə münasibət  bildirib.

Offsideplus.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, baş məşqçi  açıqlamasında yaranan vəziyyətdən üzgün olduğunu bildirib.

“O, bizimlə danışmaq istəmir. Bu məni məyus edir. Çünki uzun müddət onunla bir yerdə çalışmışıq. Təbii ki, Özillə görüşmək, danışmaq istəyirəm. O, hələ də mənim ürəyimdədir”.

Xatırladaq ki, FİFA-nın təşkil etdiyi “The Best” mükafatlandırma tədbirinə gedən Löv Almaniya millisinin sabiq üzvü ilə görüşmək istəsə də o, görüşdən imtina edib.